RU

Abramoviç “Çelsi”dən qazandığı milyardları Ukraynaya xərcləmək istəmir

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyalı milyarder Roman Abramoviç “Çelsi” Futbol Klubunun satışından əldə edilən 2,35 milyard funt sterlinqlə bağlı Böyük Britaniya hökuməti ilə hüquqi mübarizəyə hazırlaşır.

Reyting.az xəbər verir ki, tərəflər arasında yazışmaları araşdıran “New York Times” qəzetinin məlumatına görə, iş adamı Londonun şirkətlərindən birinin hesabındakı dondurulmuş vəsaitləri birtərəfli qaydada satmaq hüququnu qəti şəkildə rədd edir.

Britaniya hökuməti bütün məbləğin dərhal Ukraynadakı müharibə qurbanlarına yardım üçün köçürülməsini tələb etsə də, Roman Abramoviçin hüquq komandası Böyük Britaniya hökumətinə məlumat verib ki, 2022-ci ildə “Çelsi"nin satışından əldə edilən gəlir tamamilə ona məxsusdur və o, vəasitləri müsadirə etmək cəhdlərinə qarşı mübarizə aparmağa hazırdır.

Son iki ildə “Fordstam Ltd.”-nin hesabında 3,1 milyard dollar dondurulmuş vəziyyətdə qalır. Bu şirkət tamamilə Abramoviçə məxsusdur. Baş nazir Keir Starmer səbrini itirir və dekabr ayında Böyük Britaniya Xəzinədarlığı milyarderə vaxtın tükənməsi barədə məlumat verib.

Milyarderin vəkilləri hökuməti siyasi oyunbazlıqda ittiham edir və iş adamına təzyiqi qanunsuz cəza növü adlandırırlar.

“Bu dövrdə Böyük Britaniya hakimiyyəti ilə məhdud qarşılıqlı əlaqələri zamanı Abramoviç vəsaiti xeyriyyə təşkilatlarına bağışlamaq niyyətini irəli aparmaq üçün ianənin qarşısını alan mürəkkəb hüquqi məsələləri həll etməyə çalışıb”, - deyə müdafiə məktubunda bildirilir.

Starmer işi məhkəməyə verəcəyinə söz verir, çünki London hər qəpiyin Rusiya təcavüzü nəticəsində həyat şəraiti viran qoyulmuş insanlara köçürülməsini təmin etmək istəyir. Lakin Abramoviçin vəkilləri iddia edirlər ki, hüquqi tədbirlər təhdidlərinin heç bir hüquqi əsası yoxdur.

Qeyd edək ki, münaqişə yardım alanlar məsələsi ətrafında qızışıb. 2022-ci ildə Abramoviç mənfəəti “müharibənin bütün qurbanlarına” bağışlayacağına söz versə də, sonradan bu ifadənin Rusiya tərəfini də əhatə etdiyi məlum olub. Milyarder həmçinin Ukrayna xaricindəki layihələri maliyyələşdirmək istəyirdi.

“Bu pul Ukraynaya üç ildən çox əvvəl vəd edilmişdi. Roman Abramoviçin düzgün işi görməsinin vaxtıdır, amma etməsə, biz hərəkətə keçəcəyik. Buna görə də lisenziya verilib. Bu puldan Putinin qanunsuz müharibəsinin dağıdıcı nəticələrinin şahidi olan insanların həyat şəraitinin bərpası üçün istifadə etməyin vaxtıdır”, - Britaniyalı nazir Kuper bildirib.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
reyting.az

1Источники