RU

Serj Sərkisyanın qardaşının saxlanılması barədə qərar verildi

BAKI, 10 mart. TELEQRAF

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi ölkənin keçmiş prezidenti Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyanın saxlanılması barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə qurumdan yerli KİV-ə məlumat verilib.

İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində Aleksandr Sərkisyan külli miqdarda mənimsəmədə ittiham olunur.

Hazırda Aleksandr Sərkisyanın ölkədə olmadığı bildirilib.

Избранный
21
2
teleqraf.com

4Источники