RU

Politoloq Əli Mustafa: Amerika Birləşmiş Ştatlarının İrandan sonra Rusiyanı hədəf seçməsi iddiası real görünmür

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Rusiyalı ideoloq və “Rus dünyası” konsepsiyasının əsas fiqurlarından biri olan Aleksandr Duqin iddia edir ki, mövcud geosiyasi proseslər fonunda Vladimir Putin də ABŞ-ın mümkün hədəf siyahısına daxil edilə bilər. Onun fikrincə, Rusiyanın tərəfdaşları ardıcıl şəkildə zəiflədilir və bu, planlı strategiyanın tərkib hissəsi kimi görünür. Duqin hesab edir ki, ölkə daxilində köklü vətənpərvərlik yönümlü dəyişikliklər təcili şəkildə həyata keçirilməzsə, vəziyyət daha mürəkkəb və idarəolunmaz mərhələyə keçə bilər. O, vurğulayır ki, müttəfiqlərin sistemli şəkildə sıradan çıxarılması fonunda növbəti hədəfin kim olacağı sual doğurmur. Bu şəraitdə, belə bir rəqiblə aparılan danışıqların mahiyyəti və nəticəsi də ciddi müzakirə mövzusuna çevrilir.ABŞ-nin növbəti hədəfi Rusiya ola bilərmi?

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün şərti olaraq demokratik tərəf və avtoritar tərəflərin birləşdiyi bir tərəf bölgüsü var: “Söhbət burada Amerika və Avrotlantika bloku, eyni zamanda onun qarşısında olan blok olaraq da, (bəzən onlara "avtoritarlar klubu" da deyirlər) Çin, Rusiya, İran, Venesuela, Şimali İran, Şimali Koreya və s. bloku var. Onların arasında təbii ki, bir rəqabət var. Eyni zamanda da yeni düzən formalaşır və bu düzəndə də çoxqütblü bir dünyanın formalaşması ehtimalı var. Burada ABŞ-ın rəqibi Çindir. Çinin də yanında olan müttəfiqləri Rusiya, İran, Şimali Koreya, Venesuela və s. Son vaxtlar Amerikanın apardığı siyasət odur ki, Venesuelada Maduro ilə danımaq, uzlaşmaq istədilər, alınmadı, onu götürdülər. İndi də İran ali lideri aradan götürüldü. Yəni bu baxımdan rus filosofu Duginin narahatlığı başadüşüləndir. Əslində həmin məntiqlə, növbədə Rusiya da, Çin də, Şimali Koreya da var”.

Əli Mustafa

Politoloqun fikrincə, Avrolantika ilə qlobal cənubun da rəqabəti var: “Burada resurslara sahib olmaq məsələsi, eyni zamanda yeni dünya düzənində güclü olub və yeni düzəni idarə edənlərdən kimin olacağına qərar vermək məsələsi də var”.

“Bu gün Amerikanın iqtisadi müstəvidə ciddi rəqibi, Çindir. Çin iqtisadi cəhətdən çox ciddi bir yüksəliş yaşayır. Hətta Amerikaya çatıb, onu keçə biləcəyinə dair ehtimallar var. Amerikanlar bunu istəmir, bunun qarşısını almaq istəyir. Bu səbəbdən də Çinin əsasən xammal qaynaqlarını nəzarətə götürməyə çalışır. Enerji daşıyıcıları neft-qaz məsələlərində, xüsusilə neft məsələsində Çinin əsas təchizatçı zəncirini qırmağa çalışırlar. Bu baxımdan, Venesuelanı və İranı qeyd etmək olar. Mümkündür ki, növbəti hədəf Rusiya ola bilər. Konkret olaraq “Putin ola bilər, ola bilməz”, bu məsələ mübahisəlidir. Amma Rusiya qlobal Cənubun üzvü olan bir dövlət kimi rəqabət aspektindən Amerikanın hədəfi ola bilər”-deyən politoloq hesab edir ki, əslində Ukraynada da bu proses gedir. Ukraynada Rusiyanın zəiflədilməsi prosesi gedir.

Əli Mustafa qeyd edib ki, birbaşa Putinin özünün hədəf seçilməsi real deyil, çünki Rusiya həm də nüvə dövlətidir: “Nüvə dövləti ilə belə davranmazlar. Amerikalılar bu məsələlərdə çox səliqəlidirlər. Müəyyən başqa yöntəmlər, başqa alətlərdən istifadə oluna bilər. Amma Rusiyanın nüvə dövləti olması fonunda Putinin növbəti hədəf olduğunu demək, bir qədər şişirdilir. Sadəcə olaraq ola bilsin ki, bu gün bununla Dugin Rusiyanın siyasi impiçmentini hərəkətə gətirmək istəyir. Putini bir növ sanki qaza gətirib daha ciddi tədbirlər görmək, daha ciddi addımlar atmağa vadar eləmək üçün məsələni bu qədər sərt fikirlər ortaya qoyur”.

Əli Mustafa bildirib ki, dünyada bir savaş, bir rəqabət var: “Çoxqütblü dünyanın formalaşması istiqamətində bir güc savaşı var. Bu səbəbdən də, nə vaxtsa Rusiya ilə Amerikanın sərt davranışları mümkündür. Amma bütün hallarda yenə Rusiyanın birbaşa hədəf olacağı gözlənilmir”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
41
bizimyol.info

1Источники