RU

Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

Paris, 10 mart, AZƏRTAC

Livanda vəziyyətin pisləşməsindən narahat olan Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan Noel Baro X sosial platformasında paylaşdığı mesajda yazıb.

O bildirib ki, Fransa Livanın xaosa sürüklənməsinin qarşısını almaq, atəşkəsə nail olmaq və Hizbullahın tərksilah edilməsi ilə bağlı zəruri prosesi həyata keçirmək üçün Livan və İsrail hakimiyyətləri ilə danışıqları davam etdirir. Nazir həmçinin Fransanın Livana 6 milyon avro məbləğində humanitar yardım ayırdığını da vurğulayıb.

Избранный
60
6
azertag.az

7Источники