RU

ABŞ ın aparıcı UNO mütəxəssisi sirli şəkildə yoxa çıxdı

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-da aparıcı UNO mütəxəssislərindən biri Uilyam Makkasland sirli şəkildə yoxa çıxıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Post” məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin 68 yaşlı generalı fevralın 28-də Nyu-Meksiko ştatının Albukerke şəhərindəki evindən çıxıb və itkin düşüb:

“Onun telefonu üzərində olmayıb. Makkaslandın axtarışında FTB nümayəndələri iştirak edir. Onun itkin düşməsi ciddi milli təhlükəsizlik böhranı kimi qiymətləndirilir”.

Qeyd edək ki, Makkasland gizli Rayt-Patterson Hərbi Hava Qüvvələri bazasındakı tədqiqat laboratoriyalarına rəhbərlik edirdi. Bu yer kosmik silahların hazırlanması üçün gizli proqramlarla, eləcə də yadplanetlilərin müşahidəsi ilə bağlı layihələrlə əlaqələndirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
61
axar.az

1Источники