RU

Türkiyəni müharibəyə cəlb etmək ssenarisi

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

"Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyatlara başlaması regionda olduqca mürəkkəb və bir o qədər riskli hərbi-siyasi dinamika formalaşdırıb. Yaxın Şərq hazırda radikal dəyişikliklərin ərəfəsindədir və bu proses gün keçdikcə idarəolunmaz müstəviyə keçid edir".Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, İrandan Türkiyə ərazisinə ikinci dəfə raket zərbəsinin endirilməsi indiki halda məhz Ankaranı müharibəyə cəlb etmək ssenarisinin tərkib hissəsidir:"Çünki Türkiyə NATO üzvü olmaqla regionda aparıcı rola malik bir ölkədir və ehtimal ki, alyansın münaqişəyə cəlb edilməsində maraqlı olan qüvvələr Ankara üzərindən bu prosesi razılaşdırmağa çalışır. Təbii ki, İran daxilində də hansısa qruplaşmaların məqsədli şəkildə hadisəni törətməsi istisna deyil. Çünki İran rəsmiləri zərbəni inkar edir və məsuliyyəti öz üzərindən atmağa çalışır. Yekun nəticədə isə raket zərbəsindən sonra Türkiyə tərəfi İrana sərt şəkildə xəbərdarlıq edərək gərginliyi artıracaq addımlardan çəkinməyi tələb etdi. Lakin indiki halda Türkiyənin hərbi əməliyyatlara qoşulacağı və paralel olaraq NATO-nun 5 maddəsinin gündəmə gətirəcəyi olduqca aşağı ehtimaldır. Əlbbətə Ankara özünü müdafiə edəcək qərarlığa sahibdir. Ancaq prosesin daha da mürəkəbləşməsin heç vaxt istəməz".Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
newscenter.az

2Источники