RU

Azərbaycan Avropaya enerji tədarükündə strateji rolunu gücləndirir  

Ötən il Rumıniyaya idxal edilən xam neftin 60 faizdən çoxu Mərkəzi Asiya, xüsusilə, Xəzər dənizi regionundan tədarük olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın “Financial Intelligence” analitik nəşrində dərc edilən məqalədə bildirilib.

Qeyd olunub ki, idxal olunan xam neft əsasən Qara dəniz sahilində yerləşən “Petromidia” neft emalı zavodunda emal edilir. Bu müəssisə regionun ən böyük neft emalı komplekslərindən biri hesab olunur və Rumıniyanın enerji sektorunda mühüm rol oynayır.

Analitiklərin fikrincə, Xəzər regionundan Avropaya enerji resurslarının nəqlində Cənubi Qafqaz və Qara dəniz marşrutları getdikcə daha böyük əhəmiyyət qazanır. Bu kontekstdə Azərbaycan xüsusi strateji rol oynayır. Xəzər hövzəsində yerləşən enerji və nəqliyyat dəhlizləri Mərkəzi Asiya enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradır.

Məqalədə vurğulanır ki, Azərbaycan regionda formalaşan yeni enerji və logistika marşrutlarının əsas qovşaqlarından biri kimi çıxış edir. Xəzər dənizi üzərindən həyata keçirilən nəqliyyat və tranzit imkanları enerji resurslarının Qara dəniz və Avropa bazarlarına çatdırılmasında mühüm rol oynayır.

Ekspertlərin qənaətinə görə, Avropa ölkələrinin enerji mənbələrini şaxələndirmək strategiyası fonunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionları arasında enerji əməkdaşlığı daha da güclənir. Bu prosesdə Azərbaycan həm nəqliyyat dəhlizi, həm də regional enerji tərəfdaşı kimi strateji mövqeyini möhkəmləndirir.

Избранный
56
1
azerbaijan-news.az

2Источники