ain.az, Redaktor.az portalına istinadən məlumat verir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ prezidentinin İranla müharibənin yaxın sonu barədə açıqlamasına sərt reaksiya verib.
Redaktor.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, SEPAH açıqlayıb ki, “müharibənin nə vaxt bitəcəyinə qərar verən bizik”.
Eyni zamanda, İranın xarici işlər naziri Abbas Əraqçi "PBS News" televiziya kanalına verdiyi müsahibədə ölkəsinin lazım olan müddətcə hərəkətlərini davam etdirməyə hazır olduğunu və danışıqların hazırda mümkün olmadığını bildirib.
ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl İranın “bir həftə ərzində” ABŞ-yə hücum etməyə hazır olduğunu qeyd etmiş, müharibənin qısa müddətli olacağını, lakin yekun qələbənin hələ əldə edilmədiyini bildirmişdi. Trampın açıqlamasından sonra dünya bazarında neft qiymətləri azalıb.
SEPAH həmçinin xəbərdarlıq edib ki, ABŞ və İsrailin hücumları davam edərsə, Tehran regiondan “bir litr belə neft” ixracına icazə verməyəcək.
Aminə ŞAHSUVARQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.