RU

Neftin qiymətinin artması maaşlara təsir edəcək?

Son dövrlər neftin qiyməti stabil qalmır. Ötən gün 120 dollara qədər bahalaşan neft bu gün 90 dollardan ucuz satılır. Bu dəyişikliklər Azərbaycana necə təsir edir? Bu qiymətlər maaş və pensiyaların artırılmasına səbəb ola bilərmi?


İqtisadçı ekspert Xalid Kərimli Ne
w365.az-a bu sualların cavabını verib. O bildirib ki, Neftin gündəlik və həftəlik qiymətləri maaşlara təsir edəcək qədər önəmli deyil:

“Neftinin qiymətinin gündəlik dəyişməsi dövlətin gəlirlərinin kəskin artması, yaxud azalmasına səbəb olmur. Bu məsələlər bu formada tənzimlənmir. Büdcə ilin əvvəlində qəbul edilib. Orada neftin qiyməti əvvəlcədən proqnozlaşdırılıb. Əgər qiymətlər gözləniləndən baha olsa, əlavə gəlir neft fonduna köçürüləcək. Bu növbəti ilin büdcəsinə təsir edə bilər, amma bu ilə yox. Hökümət neftin illik gəlirlərini əsas götürür. Əgər il ərzində neftin qiyməti proqnozlaşdırılandan 10 dollar baha olsa, bu neft fonduna 1.8 milyard manat, dövlət büdcəsinə isə 400 milyon manat əlavə gəlir gətirir. Həftəlik və gündəlik qiymətlərin isə böyük əhəmiyyəti yoxdur”.

Xalid Kərimli hansı halda maaş və pensiyaların artırıla biləcyini də açıqlayıb:

“Əgər regionda baş verən müharibə nəticəsində Azərbaycanda infliyasiya kəskin sürətlənərsə, dövlət cəmiyyətin həssas təbəqəsinin dəstəklənməsi üçün müəyyən addımlar ata bilər. Lakin hazırki vəziyyət hər hansı bir oxşar qərarın qəbul edilməsi üçün əsas verimir”.


Избранный
40
news365.az

1Источники