RU

"DİM rəhbərliyi problemin böyüklüyünün fərqində deyil" - Buraxılış imtahanına ETİRAZ

Dünən 11 illik orta təhsil səviyyəsi üzrə bu ilin ilk buraxılış imtahanı keçirildi.

İmtahan haqqında fikirlərini Redaktor.az-la bölüşən təhsil eksperti Cahid İmanlı bildirdi ki, buraxılış imtahanı sualları ötən illərə nisbətən çətin olub:

"Bunu əksər müəllimlər təsdiq edirlər. 15 martda olacaq 2-ci zona imtahanının suallarının hansı səviyyədə olması da maraqlı nüanslardan biridir. Dövlət İmtahan Mərkəzi (DİM) adətən müzakirələr zamanı sualların eyni səviyyəli olduğunu deyir, əgər belə olarsa, imtahan nəticələrinin elan olunması zamanı imtahanın həqiqətən çətin olması öz sübutunu bir daha tapacaq. Blok imtahanlarının son illər xeyli çətinləşdirilməsi danılmaz faktdır, üstəlik buraxılış imtahanında sualların da bu dərəcədə çətin salınması düzgün deyil. DİM sualları çətinləşdirdikcə, abituriyentlər də daha çox yüklənirlər. Bu isə təhsilin inkişafı demək deyil. DİM sadəcə olaraq hər il test modellərini yeniləyir, abituriyentlər də buna uyğunlaşmağa çalışırlar. Ortada bir test yarışması gedir".

O qeyd etdi ki, buraxılış imtahan modelində hal-hazırda ən böyük problemlərdən biri  dinləmə qurğularında olan texniki nasazlıqlardır:

"Artıq şagirdlərin böyük bir qismi dinləmə zamanı problem yaşadıqlarını deyirlər. Şübhəsiz bu problemin onların işinə minus gətirəcəyini düşünən imtahan rəhbərləri əksər vaxtı baş verən çatışmamazlığın prokotollaşdırlmasını aparmır. Bəlkə buna görə də DİM rəhbərliyi problemin böyüklüyünün fərqində deyil".

Nuriyyə NATİQQIZI

Избранный
44
1
redaktor.az

2Источники