RU

Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama

Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama

“Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır. Bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır”​.

Bu barədə APA-nın sorğusuna cavab olaraq DİM-dən bildirilib. Qeyd olunub ki, imtahanların məzmunu hazırlanarkən qüvvədə olan dərsliklər əsas götürülür.

DİM tapşırıqların mürəkkəblik dərəcəsinə də toxunaraq bildirib ki, hər bir imtahanda iştirakçıları fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir: “İmtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Bunu əsasən hər imtahandan sonra zəif hazırlıqlı iştirakçılar yazırlar”.

Mərkəzdən o da vurğulanıb ki, hazırda yekun imtahan nəticələri elan olunmayıb, ona görə də konkret fikir söyləmək tezdir. Nəticələr elan olunduqdan sonra elmi-statistik göstəricilər ictimaiyyətə təqdim olunacaq.

DİM imtahanlardan dərhal sonra bütün tapşırıqları və onların izahını mərkəzin saytına və sosial şəbəkə hesablarına yerləşdirir. Sual kitabçaları da iştirakçılara verilir ki, bu da prosesin şəffaflığının bariz göstəricisidir. Xatırladaq ki, martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilib.

Избранный
62
25
afn.az

10Источники