RU

Putin nə təklif edib? - Kreml təfərrüatları gizli saxlayır

Dmitri Peskov Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla telefon danışığında İran böhranının həlli ilə bağlı səsləndirdiyi konkret təklifləri dəqiqləşdirməkdən imtina edib.

"Yeni Sabah" xəbər verir ki, o, hazırda ətraflı məlumat vermək imkanı olmadığını bəhanə gətirib:

"Prezident təkliflərini həmsöhbətinə çatdırıb. Görək razılaşdırma prosesi necə gedir", - Peskov bildirib.

Kremlin mətbuat katibi Putinin münaqişənin həllində vasitəçiyə çevrilməsi qənaətinə qarşı çıxıb: "Lakin Rusiyanın bu prosesə əlindən gələni etməyə hazırdır".


Telegram kanalımız
Избранный
44
yenisabah.az

1Источники