RU

“Daha çox pul, daha çox xərc deməkdir...” Neftin baha satılması Azərbaycan üçün nə deməkdir?

ain.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Dünya bazarında Azərbaycan neftinin hər barreli 100 dollardan baha təklif edilir. Neftin bahalaşması büdcədən daha çox ayırmalara imkan yarada bilərmi?

İqtisadçı deputat Vüqar Bayramov xatırladır ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 65 dollar nəzərdə tutulub. Onun sözlətinə görə, illik orta qiyməti bir neçə günlük və ya həftəlik, hətta aylıq qiymətlər ilə müqayisə etmək olmaz. "Söhbət illik orta qiymətdən gedir. Bununla belə, "Statistaka"nın hesablamalarına görə, bu ilin yanvar ayında Brent markalı neftin bir barrelinin orta qiyməti 62.54 dollar, fevral ayında isə 66.6 dollar olub. FRED isə orta qiymətlərin uyğun olaraq 66.6 və 70.8 dollar olduğunu bəyan edib. Göründüyü kimi, 2026-cı ilin ilk ayında dünya bazarındakı qiymət büdcədə nəzərdə tutulandan cüzi fərqlənib. Bu ayın ilk həftəsində isə neftin qiyməti 84-90 dollar intervalında dəyişib", - o qeyd edib.

İqtisadçı əlavə edir ki, 2026-cı il üçün Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 43 faizinin və ya 16,4 milyard manatının neft-qaz sektorunun payına düşəcəyi gözlənilir: "Bunun 12,8 milyard manatı Dövlət Neft Fondunun transfertləridir. Göründüyü kimi, neftin dünya bazar qiymətinin yüksəlməsi büdcə gəlirlərinin 3,6 milyard manatlıq hissəsinə birbaşa təsir göstərəcək. Qeyri-neft daxilolmalarına isə dolayı təsirlər qeydə alınır. Fondun transfertləri öz gəlirləri hesabına ödənildiyi üçün neftin qiyməti ilə o məbləğin birbaşa əlaqəsi olmur. Amma yüksək qiymətlər Neft Fondunun gəlirlərinin və eləcə də valyuta ehtiyatlarının artmasına səbəb olacaq. Deməli, orta illik qiymət yüksək olacağı halda neft və qaz sektorundan büdcəyə daha çox vəsait daxil olacaq".

Deputat xatırladır ki, dövlət büdcəsinin gəlirlərinin artması milli təhlükəsizlik, işğaldan azad olunan ərazilərimizin bərpası, sosial müdafiənin gücləndirilməsi kimi prioritet istiqamətlərə daha çox vəsaitin ayrılmasına imkan yaradır. "Daha çox gəlir, daha çox fiskal xərcləmə deməkdir. Bu eyni zamanda, qeyri neft-qaz sektorunun inkişafı üçün maliyyə təminatını da gücləndirir. Təbii ki, Azərbaycan dünya bazarında daha dayanıqlı qiymət tarazlığında maraqlıdır. Bütün hallarda isə, enerji ölkələri üçün yüksək neft qiyməti, daha çox valyuta gəliri deməkdir", - V.Bayramov yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
78
12
hurriyyet.az

10Источники