RU

Serj Sarkisyanın qardaşı haqda həbs qərarı verildi

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanı qiyabi olaraq həbs edib.

Publika.az xəbər verir ki, məhkəmənin mətbuat xidməti bu məlumatı “Sputnik Ermənistan”a təsdiqləyib.

“Fevralın 24-də ibtidai istintaq orqanı məhkəməyəqədər həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət qaldırmışdı. Elə həmin gün məhkəmə vəsatəti təmin etdi və qiyabi həbs qətimkan tədbiri seçdi”, - məhkəmədən bildirilib.

Избранный
69
publika.az

1Источники