RU

"Onun üzünə yumruq vurulmalıdır..." - İran

İran ABŞ və İsraillə atəşkəsə getmək niyyətində olmadığını bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, bunu İran İslam Respublikası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf bildirib. O, X sosial şəbəkəsində paylaşım edərək İranın atəşkəs axtarmadığını vurğulayıb.

“Biz qəti şəkildə atəşkəs istəmirik. Biz inanırıq ki, təcavüzkar dərsini öyrənsin və bir daha sevimli İranımıza hücum etməyi düşünməsin deyə, onun üzünə yumruq vurulmalıdır”, – deyə Qalibaf qeyd edib.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
33
1
redaktor.az

2Источники