Bakı, 10 mart, AZƏRTAC
Müəyyən səbəblərə görə, Dubayda qalmışdıq. Azərbaycan Prezidentinə və aidiyyəti qurumlara göstərdikləri dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Yaxın Şərqdəki münaqişə bölgəsindən Azərbaycana təxliyə olunan Fəqan Dadaşov söyləyib.
Sağ-salamat Vətənə qayıdan F.Dadaşov bildirib ki, uçuş zamanı hava şəraiti ilə əlaqədar bəzi ləngimələr olsa da, ümumilikdə proses uğurla həyata keçirilib.
Müxbir - Elmir Səftərov
Fotoqraf - İlkin Cavanşirov
Videoperator - Mirrəsul Cəfərov