RU

İranın qadınlardan ibarət milli futbol komandasının bəzi üzvlərinə sığınacaqVERİLDİ

İranın qadın futbol komandasının bir neçə üzvü Avstraliyada sığınacaq alıb.

Redaktor.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, İranın qadın futbol komandasının beş üzvü dövlət himnini oxumaqdan imtina etdikdən sonra təhlükəsizlikləri ilə bağlı narahatlıqlar səbəbindən Avstraliyada humanitar viza və sığınacaq əldə edib.

Avstraliyanın immiqrasiya naziri Toni Börk bildirib ki, polis həmin qadınları təhlükəsiz yerə köçürüb. Onun sözlərinə görə, komandanın qalan üzvlərinə də Avstraliyada qala biləcəkləri bildirilib.

Nazir qeyd edib ki, bu məsələ ilə bağlı danışıqlar bir neçə gündür davam edir.

“Onlar siyasi fəal olmadıqlarını aydınlaşdırmaq istəyirlər. Onlar sadəcə təhlükəsiz olmaq istəyən idmançılardır”, – deyə o bildirib.

Bildirilib ki, komandanın digər üzvləri Qold Kost hava limanına aparılıb və martın 10-u axşam Sidneyə uçacaqlar. Eyni zamanda komanda avtobusu digər oyunçuları da Avstraliyada qalmağa çağıran onlarla fəal tərəfindən qısa müddətə saxlanılıb.

Avstraliyanın baş naziri Entoni Albanese də beş oyunçuya humanitar viza verildiyini təsdiqləyib.

Qeyd edək ki, komandanın üzvlərinin ölkəyə qayıtması gözlənilirdi. Lakin ötən həftə Cənubi Koreyaya qarşı oyun öncəsi dövlət himnini oxumaqdan imtina etmələri İranda ciddi tənqidlərə və onların cəzalandırılması çağırışlarına səbəb olub.

Məlumata görə, Avstraliyanın Humanitar Viza Proqramı qaçqınlara və humanitar yardıma ehtiyacı olan şəxslərə daimi qoruma təmin edir. Bu vizanı alan şəxslər ölkədə yaşamaq, işləmək və təhsil almaq hüququ əldə edirlər.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
84
1
redaktor.az

2Источники