RU

İşıq sayğacına 20 manat yüklədi, bir hissəsi yoxa çıxdı: SƏBƏB NƏDİR? VİDEO

ain.az, Oxu.az saytına istinadən bildirir.

İşıq sayğacına yüklənən məbləğin bir hissəsinin balansda görünməməsi, yoxa çıxması növbəti dəfə vətəndaş narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Görüntülərdə vətəndaş bildirir ki, sayğac balansına 20 manat yükləsə də, sistemdə cəmi 18 manatın əlavə olunduğunu görüb.

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaranan fərq sabit tarif tətbiqi ilə əlaqədardır.

"Sabit tarifə əsasən hər ay abonentlərdən bir manat tutulur. Bəzi abonentlərdə fevral ayında bu məbləğ çıxılmadığı üçün mart ayının əvvəlində ödəniş edilən zaman iki ayın - fevral və mart aylarının sabit tarifi birlikdə tutulur. Sabit tarif fevral ayının sonuna yaxın tətbiq edildiyindən həmin vaxt ödəniş edilmədikdə məbləğ çıxılmır, növbəti ödəniş zamanı isə sistem tərəfindən tutulur", - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, vətəndaşın martın 6-da etdiyi ödəniş zamanı həm fevral, həm də mart ayının sabit tarifi çıxıldığı üçün karta yüklənən məbləğ 18 manat məbləğində əks olunub.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
71
oxu.az

1Источники