Argentinalı futbolçu Kristian Romero mövsümün sonunda “Tottenhem”i tərk etməyə hazırdır.
Msport.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi yay “transfer pəncərəsi”ndə London klubu ilə yollarını ayırmaq istədiyini rəhbərliyə çatdırıb.
Paytaxt təmsilçisinin göstərdiyi nəticələrdən asılı olmayaraq, Romeronun komandadan ayrılması labüd sayılır.
Qeyd edək ki, 2022-ci ildə Argentina yığması ilə dünya çempionu olan futbolçu bu mövsüm “Tottenhem”in formasında 28 matçda meydana çıxaraq 6 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubla bağladığı müqavilənin müddəti 2029-cu ilin yayınadək etibarlıdır.