RU

​Türkiyədə 1 ildə 5 min şirkət bağlanıb

Türkiyədə toxuculuq və hazır geyim sektoru ciddi böhranla üz-üzə qalıb.
Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, son bir il ərzində bu sahədə fəaliyyət göstərən təxminən 5 min şirkət fəaliyyətini dayandırıb. Şirkətlərin bağlanması sektorda ciddi itkiyə səbəbə olub. Bildirilir ki, bu müddətdə 113 491 nəfər işsiz qalıb və məşğulluq səviyyəsində ciddi azalma müşahidə olunur.

Mütəxəssislər artan istehsal xərcləri, sifarişlərin azalması və ixracın zəifləməsinin vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qeyd olunur ki, mövcud tendensiya davam edərsə, toxuculuq və hazır geyim sektoru daha böyük problemlərlə üzləşə bilər.

Избранный
14
metbuat.az

1Источники