RU

ABŞ Cənubi-Şərqi Asiya bazarlarına fokuslana bilər - Ekspert

"Trump üçün əsas məsələ ABŞ iqtisadiyyatının real sektorunu inkişaf etdirilməsidir. Bunun üçün Trumpa lazım olan əsas bazarlar Cənubi-Şərqi Asiya bazarlarıdır. Bu bazarların ələ keçirilməsi üçün ABŞ-nin Avrasiyadakı resursları sözügedən istiqamətə cəmləməyi lazımdır".

QHT.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Aslan Əzimzadə bildirib. Ekspert bildirib ki, Avrasiyadakı resursları Cənubi-Şərqi Asiya ölkələrinə istiqamətləndirmək üçün Yaxın Şərqdəki və Şərqi Avropadakı münaqişələr bitməlidir. Onun sözlərinə görə, ABŞ-da Donald Trump üçün əsas prioritetlərdən biri ölkə iqtisadiyyatının real sektorunun inkişaf etdirilməsidir. Ekspert hesab edir ki, bu məqsədlə ABŞ üçün ən vacib bazarlardan biri Cənubi-Şərqi Asiya regionu ola bilər:

“Bu bazarların ələ keçirilməsi üçün ABŞ özünün Avrasiyadakı resurslarını həmin istiqamətə yönəltməyə çalışa bilər. Bunun üçün isə Yaxın Şərq və Şərqi Avropadakı münaqişələrin sona çatması vacibdir. Bu halda ABŞ-ın Yaxın Şərqdəki proseslərdən müəyyən qədər uzaqlaşması və Şərqi Avropadakı münaqişələrin həlli üçün daha çox səy göstərməsi müşahidə oluna bilər".

Aslan Əzimzadə əlavə edib ki, səsləndirdiyi fikirlər yalnız bir hipotez xarakteri daşıyır.

 

Pərvanə Fərhadqızı

Избранный
24
qht.az

1Источники