RU

“AB ölkələri Rusiyadan qorunmaq üçün təbiətdən istifadə etməlidir” - Avropa komissarı

Ətraf mühit üzrə Avropa komissarı Cessika Rosvall Avropa Birliyi (AB) ölkələrini şərq sərhədlərində çətin keçilən ərazilər yaratmaq və müdafiə qabiliyyətlərini gücləndirmək üçün təbiət landşaftlarından fəal istifadə etməyə çağırıb.

Herbiand.az bildirir ki, bu barədə Rosvall “The Guardian” qəzetinə verdiyi müsahibədə deyib.

O, hesab edir ki, vəhşi təbiətin bərpasına yalnız ekoloji baxımdan deyil, həm də hərbi cəhətdən baxmaq lazımdır. Rusvall müsbət nümunə kimi Rusiya və Belarusla quru sərhədləri olan Polşa və Finlandiyanı göstərib: “Mən bu rayonlara baş çəkmişəm: onlar torpağı daha çox düşmən mühitə çevirir, kol və ağaclar qoyur... Belə sərhədi keçmək heç də asan deyil”.

Komissar xüsusilə, təbii və son dərəcə təsirli bir maneə yaradan bataqlıqların bərpası strategiyasını vurğulayıb: “Böyük tankların bataqlıq ərazilərdən keçməsi çox çətindir. Bu tip müdafiə daimi qulluq tələb etmir və məğlubedilməz sayılır”.

Cessika Rosvall təbiəti müdafiə aktivi adlandırıb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
49
herbiand.az

1Источники