RU

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

“Qoşadaş” sahəsində 3D OBN (Ocean Bottom Node, Dəniz Dibi Nodlar) seysmik çöl işlərinin aparılmasına hazırlıq məqsədilə ilkin mərhələdə dəniz dibinin tədqiqatına başlanılır.

banker.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Azərbaycanın Xəzər dənizindəki “Qoşadaş” dənizdəki neft‑qa tədqiqat zonasıdır. Təxminən Bakıdan 50‑70 km məsafədə Abşeron arxipelaqının dayaz sularında yerləşir. Bu struktur geofiziki tədqiqatlar nəticəsində müəyyən olunub və burada hələ kommersiya miqyaslı hasilat başlanmayıb — əsasən strukturun kəşfiyyatı və potensial ehtiyatların qiymətləndirilməsi məqsədi ilə işlənir.

SOCAR bildirir ki, bu tədqiqatın əvvəlcədən aparılması, gələcəkdə seysmik çöl işləri zamanı nodların optimal yerləşdirilməsini və nəzərdə tutulan əməliyyatların səmərəliliyini təmin edəcək. Əldə olunan nəticələr seysmik proqramın uğurla həyata keçirilməsinə dəstək verəcək.

Tədqiqat çərçivəsində dəniz dibinin şəraitini dəqiq xəritələndirmək və potensial maneələri müəyyən etmək məqsədilə qabaqcıl çoxşüalı və sonar texnologiyalarından istifadə olunur ki, bu da dəniz dibi nodların daha təhlükəsiz və optimal yerləşdirilməsini təmin edir.

İşlər SOCAR-ın Geofizika və geologiya İdarəsi (GGİ) tərəfindən “SOCAR Fugro” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

 

Избранный
21
18
banker.az

10Источники