RU

Nüvə qəzası və radiasiya zamanı lazım olacaq - Dərmanlar


Nüvə qəzası və ya güclü radiasiya sızması zamanı əsas məqsəd orqanizmi radioaktiv maddələrdən qorumaq və təsiri azaltmaqdır.

Nüvə və radiasiya böhranı zamanı lazım olan əsas preparatlar
Radiasiya qəzası zamanı bəzi dərman və preparatlar bədəni radioaktiv maddələrin təsirindən qismən qorumağa kömək edə bilər.

Medicina.az xəbər verir ki, bu preparatlar adətən fövqəladə vəziyyət ehtiyatlarında saxlanılır və bir çoxu dövlət tərəfindən əhaliyə verilməlidir.

1. Kalium yodid (Yod tabletləri)

Bu preparat qalxanabənzər vəzini radioaktiv yoddan qoruyur.
Radiasiya zamanı havaya radioaktiv yod yayılır və o, insanın qalxanabənzər vəzisində toplanır.

Kalium yodid qəbul edildikdə vəzini adi yodla “doldurur” və radioaktiv yodun yığılmasının qarşısını alır.

2. Aktiv kömür

Aktiv kömür bəzi radioaktiv maddələrin bağırsaqlardan sorulmasını azalda bilər və zəhərlənmələrdə istifadə olunur.

3. Prussiya mavisi preparatı

Bu maddə xüsusilə sezium və tallium kimi radioaktiv elementlərin bədəndən çıxarılmasına kömək edir.

4. DTPA preparatları

Bu preparatlar plutonium, amerisium və kuryum kimi ağır radioaktiv metalların bədəndən xaric edilməsinə kömək edən xüsusi tibbi vasitələrdir.

5. Qan və immun sistemi üçün dəstək dərmanları
Güclü radiasiya sümük iliyinə təsir edə bilər. Buna görə həkimlər bəzən:
antibiotiklər

immun sistemi stimullaşdıran dərmanlar
qan hüceyrələrini artıran preparatlar təyin edə bilərlər.


Mütəxəssislər bildirir ki, belə vəziyyətlərdə ən effektiv qorunma üsulları bunlardır:

qapalı və qalın divarlı binada sığınmaq
pəncərə və havalandırmanı bağlamaq
çöl geyimlərini çıxarıb yuyunmaq
təmiz su və qida istifadə etmək
rəsmi qurumların göstərişlərinə əməl etmək


Bu preparatlar yalnız həkim və ya fövqəladə xidmətlərin göstərişi ilə istifadə olunmalıdır. Özbaşına qəbul edilməsi təhlükəli ola bilər.

Aygün Musayeva


Избранный
30
1
medicina.az

2Источники