RU

Yanvar ayında Azərbaycan və Türkiyə arasındakı ticarət əməliyyatlarının həcmi açıqlanıb

Bakı.Trend:

Cari ilin yanvar ayında Azərbaycan ilə Türkiyə arasında ticarətəməliyyatlarının həcmi 431,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend-əDövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə51,3 milyon ABŞ dolları və ya 10,7% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 12,20%-ni təşkil edib. Beləliklə,hesabat dövründə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığıölkələr sırasında Türkiyə 2-ci yeri tutub.

2025-ci ilin yanvar ayında Azərbaycandan Türkiyəyə ixrac olunanməhsulların dəyəri 268,2 milyon ABŞ dolları təşkil edib. Bu isəötən ilin yanvar ayı ilə müqayisədə 39,9 milyon ABŞ dolları və ya13% azdır.

Ötən ilin yanvar ayında Türkiyədən Azərbaycana idxal olunanməhsulların dəyəri 163,6 milyon ABŞ dolları olub. Bu göstərici ötənilin yanvar ayı ilə müqayisədə 11,6 milyon ABŞ dolları və ya 6,6%azdır.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycan xariciölkələrlə 3,538 milyard ABŞ dolları məbləğində ticarətəməliyyatları həyata keçirib. Bu isə ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 30,5% azdır. Xariciticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın, 1,302milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən illə müqayisədəixrac 802 milyon ABŞ dolları və ya 26,4%, idxal isə 750 milyon ABŞdolları və ya 36,5% azalıb.

Nəticədə xarici ticarətdə 933,6 milyon ABŞ dolları həcmindəmüsbət saldo formalaşıb ki, bu da əvvəlki illə müqayisədə 52,4milyon ABŞ dolları və ya 5,3% azdır.

Məqalədə:
Избранный
68
8
az.trend.az

9Источники