Qarşıdan Novruz tətlili gəlir. Adətən, tətil zamanı turizm sektorunda xüsusi canlanma yaşanır. Xüsusilə də İrandan və Yaxın Şərq ölkələrindən ölkəmizə çox sayda turist gəlir.
Amma bu il mənzərə bir qədər fərqlidir. İranda baş verən hadisələr Yaxın Şərq ölkələrinin, o cümlədən İranın hava məkanının bağlanmasına səbəb olub.
Belə vəziyyətdə Novruz bayramında xarici ölkə vətəndaşlarının ölkəmizə gəlişi əvvəlki kimi ola bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm üzrə ekspert Ceyhun Aşurov təəssüflə bildirib ki, İran-ABŞ-İsrail müharibəsi gözləntiləri böyük ölçüdə sual altında qoyub:
“Məlumdur ki, hər il Novruz və Ramazan bayramlarında ölkəmizə xeyli turist gəlirdi. Amma biz bu il əvvəlki tempi görə bilməyəcəyik. Müharibə səbəbi ilə həm İrandan, həm də Yaxın Şərq ölkələrindən Azərbaycana turist axını demək olar ki, dayanıb. Narahatlğımız ondan ibarətdir ki, müharibə uzun müddət davam edərsə, turizm sektorumuz bundan daha böyük zərər görə bilər”.
Surxay Atakişiyev, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта