ain.az bildirir, Reyting.az portalına istinadən.
İnsan ömrünün daha da çox uzanmasına yardımçı olacaq mexanizm aşkar edilib.
Reyting.az xəbər verir ki, ABŞ-nın Roçester Universitetinin bir qrup aliminin araşdırmalarına görə, Qrenlandiya balinasının toxumalarında "CIRBP" adlanan zülal çox yüksək səviyyədədir. Bu zülal isə böyük potensiala malikdir, üstəlik, DNT zədələrinin daha effektiv bərpasına kömək edir.
Alimlər sınaqlar zamanı bu zülalı insan hüceyrələrinə əlavə etdikdə məlum olub ki, bu, çox sürətlə mutasiyaları azaldır.
"Nature" jurnalının yazdığına görə, tədqiqatçılar bildiriblər ki, əslində, onların məqsəd insanı əbədi varlıq, ölümsüz etmək deyil, sağlam həyat müddətini uzatmaqdır.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.