RU

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Bakı. Trend:

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktlarısosial sığorta sisteminin müasir yanaşmalar əsasındatəkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurlarıninnovativ həllərlə sadələşdirilməsinə və xidmətlərin çevikliyininartırılmasına yönəlib.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.

Bildirilir ki, bu dəyişikliklərlə sığortaolunanların sığortaçıdauçotu bundan sonra yalnız sığortaolunanın şəxsiyyət vəsiqəsininFərdi İdentifikasiya Nömrəsi (FİN) əsasında aparılacaq və bununüçün artıq sosial sığorta nömrəsinə (SSN) ehtiyac qalmayacaq.

Əgər bu vaxta qədər sığortaolunanlar (işçilər) barədəsığortaedənlər (işəgötürənlər) tərəfindən rüblük hesabatlar təqdimedilərkən həm SSN, həm də FİN-in ayrıca göstərilməsi tələbolunurdusa, artıq SSN göstərilməsi tələb olunmayacaq.

Beləliklə, yeni dəyişikliklərlə sığortaolunanların sığortaçıdauçotu yalnız FİN ilə aparılmaqla, müvafiq sahədə məlumat mübadiləsidaha sürətli və dəqiq həyata keçiriləcək. İşə qəbul edilənşəxslərdən əlavə olaraq sosial sığorta nömrəsi tələb edilməyəcək,sosial sığorta sistemində inzibati prosedurlaroptimallaşdırılacaq.

Həmçinin, sosial sığorta sistemi ilə bağlı elektron xidmətlərinsəmərəliliyi daha da artacaq, bu sahədə proseslərin daha sadə,şəffaf və operativ həyata keçirilməsi təmin ediləcək.

Избранный
45
15
az.trend.az

10Источники