RU

“Carlsberg Azerbaijan”ın dəstəyi ilə Xankəndidə, Qarabağ Təlim Mərkəzində “Qarabağda Regional Xanımların Gücü” sərgisi keçirilib (FOTO)

Bakı. Trend:

Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Təlim Mərkəzində“Carlsberg Azerbaijan”ın dəstəyi ilə 8 Mart – Beynəlxalq QadınlarGünü münasibətilə ölkənin 20-yə yaxın müxtəlif regionundan olanxanım sahibkarların iştirakı ilə “Qarabağda RegionalXanımların Gücü” adlı sərgi-tədbir keçirilib.

Qarabağ Təlim Mərkəzi (Karabakh Training Center) tərəfindəntəşkil olunan sərginin əsas məqsədi regionlarda fəaliyyət göstərənxanım sahibkarlara dəstək olmaq, onların biznesini Qarabağdatanıtmaq və azad edilmiş ərazilərdə yeni biznes imkanlarınıstimullaşdırmaqdır.

Sərgidə Xankəndi, Şuşa, Xocalı, Ağdam, Naxçıvan, Gəncə,Lənkəran, Tovuz, Quba, Mingəçevir, Masallı, Qəbələ, Qax, Bərdə,Şəki və Ağsu regionlarını təmsil edən xanım sahibkarlar iştirakediblər. İştirakçılar öz regionlarının milli mətbəxini, tarixiatributlarını nümayiş etdirməklə yanaşı, öz biznes məhsullarınınsatış və təqdimat sərgisini həyata keçiriblər.

Tədbirin rəsmi açılış hissəsində xanım sahibkarlara işğaldanazad olunmuş torpaqlarda tətbiq edilən dövlət güzəştləri, vergiazad olunmaları və digər dəstək mexanizmləri barədə ətraflı məlumatverilib, onlara Qarabağda öz bizneslərini qurmaq üçün real imkanlartəklif edilib.

Tədbirin tərəfdaşlarından olan Carlsberg Azerbaijanşirkətinin Korporativ Ünsiyyətlər Departamentinin direktoru LaləƏfəndi isə qadın sahibkarlar üçün Qarabağda yaradılan imkanlardanməmnunluğunu bildirib:

“Sevindirici haldır ki, Qarabağın dirçəlməsində və dayanıqlıinkişafında qadın sahibkarların da payı olacaq. Burada yaradılanşərait və güzəşt imkanları da bu işə dəstəyi artırır. Azərbaycanqadınının zərif toxunuşu ilə bölgənin çiçəklənməsininsürətlənəcəyinə əminəm. “Carlsberg Azerbaijan” olaraq bu layihəyədəstək olmaqdan qürur duyuruq”.

Qarabağ Təlim Mərkəzinin təsisçisi və direktoru AytənMəmmədova isə tədbirdə çıxış edərək bildirib ki, Mərkəzin əsashədəfi işğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişinə töhfəverməkdir:

“Biz bu regionda dayanıqlı inkişafa dəstək oluruq. Bu məqsədləgənclər və tələbələr üçün ‘Startup School Karabakh’ və ‘GələcəyəKörpü Qarabağ’ kimi bir sıra mühüm layihələr həyata keçiririk.Bugünkü sərgi isə xanım sahibkarlarımızın potensialını Qarabağaköçürmək, onların regionlararası işgüzar əlaqələrini gücləndirməküçün mühüm platformadır.”

Qeyd edək ki, tədbirin tərəfdaşları qismində “CarlsbergAzerbaijan” ilə yanaşı Karabakh Eco Tour, sponsorları qismində isəQranit şirkəti, Kübar restoranı və CAHAN Hotel çıxış edirlər.

Xatırladaq ki, "Carlsberg Azerbaijan"ın pivə zavodu Bakışəhərindən 10 kilometr məsafədə, Xırdalanda yerləşir. Zavodunistehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə təxminən250 nəfər işçi çalışır və əlaqəli sahələrdə (təchizatçılar,pərakəndə satış, otel biznesi) 3000-dən çox iş yeri təmin edilir.Zavodun inkişafına qoyulan investisiyaların ümumi həcmi 82 milyonmanata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg","Tuborg", "Blanc 1664", "Grimbergen" və "Əfsanə" kimi brendlərdaxildir.

“Carlsberg
“Carlsberg
“Carlsberg
“Carlsberg
“Carlsberg
“Carlsberg
“Carlsberg
“Carlsberg
Избранный
86
7
az.trend.az

8Источники