RU

Babası müharibə aparır - Nəvəsi isə görün nə edir? VİDEO

ABŞ Prezidenti Donald Trampın nəvəsi Kai Tramp ölkənin Məxfi Xidmətinin əməkdaşları ilə birlikdə lüks marketdə alış-veriş edib.

“Yeni Sabah” xəbər verir ki, bunu əks etdirən video sosial mediada yayılıb və tənqidlərə səbəb olub.

18 yaşlı Kai “Dünyanın ən bahalı marketi” kimi təqdim etdiyi tur zamanı məşhur lüks market şəbəkəsi Erewhon-da məhsullara baxıb və bahalı içkilərlə bağlı zarafat edib. O, videoda qiymətlərin yüksək olduğunu deyərək, “Deyəsən müflislik üçün müraciət etməli olacağam” ifadəsini işlədib.

Kai Tramp alış-veriş səbətini müxtəlif qida əlavələri, suşi və içkilərlə doldurub. O, videonu “Məxfi Xidmətimi “Erewhon”a gətirdim” başlığı ilə paylaşıb.

Videonun yayımlanması sosial mediada birmənalı qarşılanmayıb. Bir sıra istifadəçilər Kai Trampı Məxfi Xidmət əməkdaşlarını sosial media məzmunu üçün istifadə etməkdə ittiham edib və videonu “uyğunsuz” adlandırıblar.

Bir istifadəçi yazıb ki, Kai Tramp Məxfi Xidmət mühafizəçilərindən “sosial media marketinqi üçün material kimi istifadə edir”. Digər bir istifadəçi isə “Məxfi Xidməti bunun üçünmü istifadə edirik?” sözləri ilə narazılığını ifadə edib. Bəzi şərhçilər Kaini videoya görə üzr istəməyə çağırıb.

Hətta özünü Tramp tərəfdarı kimi təqdim edən bir istifadəçi belə, paylaşımı tənqid edərək yazıb ki, Kaini sevir, amma hərəkətlərini doğru saymır: “Kimsə onunla ciddi danışmalıdır”.

Kai Tramp hələlik açıqlama verməyib.

Donald Tramp Jr. ilə keçmiş həyat yoldaşı Vanessa Trampın qızı olan Kainin, sosial mediada yüz minlərlə izləyicisi var. O həm Instagram, həm də YouTube platformalarında aktiv paylaşımlar edir.

Kai xüsusilə 2024-cü il seçki kampaniyası dövründə tez-tez babası Donald Tramp-ın yanında görüntülənmişdi. Tramp seçkidə qalib gəldikdən sonra isə o, sosial mediada “Heç kim daha çox çalışmır və Amerika xalqına daha çox önəm vermir. Təbriklər, baba. Səni sevirəm” paylaşımı etmişdi.


Telegram kanalımız
Избранный
61
yenisabah.az

1Источники