RU

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 10 mart, AZƏRTAC

Bu ilin əvvəlində Çinin neft idxalının kəskin artması Yaxın Şərqdə gərginlik və qlobal təchizat riskləri fonunda bu ölkənin ehtiyatlarını gücləndirib.

AZƏRTAC xəbər verir ki, çərşənbə axşamı açıqlanan gömrük məlumatlarına görə, Çin yanvar və fevral aylarında 96,93 milyon ton neft idxal edib ki, bu da 2025-ci ilin analoji dövrü ilə müqayisədə 15,8 faiz çoxdur. Lakin “South China Morning Post” qəzetinin məlumatına görə, bu idxalın dollar dəyəri illik müqayisədə 5,2 faiz azalıb.

“Çin bu ilin əvvəlində ABŞ-nin İrana zərbə endirəcəyini gözlədiyi üçün neft və qaz ehtiyatları yığırdı”, -deyə “Economist Intelligence Unit”in baş analitiki Çim Li bildirib. O əlavə edib: “Bu, 2025-ci ildə gördüyümüz rekord inventar yığımının davamı idi. Yaxın Şərq neftindən yüksək asılılığına baxmayaraq, Çin potensial təchizat kəsintilərinə qarşı bufer təmin edən əhəmiyyətli bir ehtiyat toplayıb ki, bu da hazırkı idxal gücündən təxminən 120 gün çoxdur”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
2
azertag.az

3Источники