RU

İran savaşı Hindistanı vurdu: otellər bağlana bilər

ABŞ-İsrail müharibəsi nəticəsində mayeləşdirilmiş təbii qazın (LPG) tədarükünün dayandırılması səbəbindən Hindistandakı restoran və otellər bağlana bilər.

Aktual.az xəbər verir ki, bu barədə "Röyters” məlumat yayıb.

"Müharibə Körfəz və Hörmüz boğazından keçən gəmilərin hərəkətini dayandırıb. Dünyanın ikinci ən böyük LPG idxalçısı olan Hindistan daxili istehsalı artırmaq üçün fövqəladə səlahiyyətlərdən istifadə etsə də, qonaqpərvərlik sektoru yanacaq əldə etməkdə çətinlik çəkir”, - məlumatda bildirilib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. İran cavab olaraq ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə və İsrailə zərbələr endirir.

Избранный
39
1
ulusum.az

2Источники