RU

Azərbaycan parapauerliftinqçisi Avropa Açıq çempionatında qızıl medal qazanıb

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan parapauerliftinqçisi İlhamiz Kərimov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Açıq çempionatında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, idmançı 107 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizədə fəxri kürsüyə qalxıb.

Paralimpiyaçımız ən yaxşı qaldırmada 115 kiloqram, ümumi qaldırmada isə 330 kiloqram nəticə göstərərək yeniyetmələr arasında qalib olub.

Избранный
41
1
azertag.az

7Источники