RU

Pentaqon rəhbəri: İran qonşularını hədəfə almaqla böyük səhv edib

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ müharibə naziri Pit Heqset İranın regiondakı addımlarını sərt tənqid edib.

Modern.az xəbər verir ki, o jurnalistlərə açıqlamasında İranın qonşu ölkələri hədəfə almasını şərh edib.

“İran qonşularını hədəfə almaqla böyük səhv edib. Biz bu vəziyyəti əvvəlcədən proqnozlaşdırmışdıq. Bu addım onların ümidsizliyini nümayiş etdirir”, – deyə o qeyd edib.

Pit Heqset əlavə edib ki, ABŞ prezidenti Donald Tramp müharibəyə rəhbərlik edəcək və onun necə davam edəcəyinə dair qərar verəcək.

Nazirin sözlərinə görə, ABŞ bu mübarizədə başqa ölkələrə demokratiya ixrac etmək və ya dövlət quruculuğu ilə məşğul olmaq niyyətində deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
modern.az

1Источники