RU

NATO: Balistik raket müdafiəmizi inkişaf edən təhdidlərə uyğunlaşdırmağa davam edəcəyik

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

NATO, Türkiyə hava məkanının qorunmasını dəstəkləmək üçün Malatyada Patriot Sisteminin yerləşdirilməsi ilə bağlı bildirib ki, "Ballistik Raket Müdafiəsi mövqeyimizi inkişaf edən təhdidlərə uyğunlaşdırmağa davam edəcəyik".

Bizimyol.info xəbər verir ki, NATO rəsmisi məsələ ilə bağlı Anadolu Agentliyinin (AA) müxbirinə yazılı açıqlama verib.

Bəyanatda NATO-nun "hər istiqamətdən gələn hər cür təhdidlərə" qarşı müdafiəyə hazır olduğu vurğulanıb.

Əməliyyat detallarının paylaşıla bilməyəcəyi qeyd edilən açıqlamada "Ballistik Raket Müdafiəsi mövqeyimizi inkişaf edən təhdidlərə uyğunlaşdırmağa davam edəcəyik" ifadəsi yer alıb.

"Bölgəmizdəki son hadisələr fonunda sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görülür, NATO və müttəfiqlərimizlə məsləhətləşmələr aparılır. Gördüyümüz milli tədbirlərə əlavə olaraq, NATO hava və raket müdafiəsi tədbirlərini artırıb. Bu çərçivədə, hava məkanımızın qorunmasını dəstəkləmək üçün təyin olunmuş "Patriot" sistemi Malatyada yerləşdirilib", - deyə Milli Müdafiə Nazirliyi (MSB) verdiyi açıqlamada qeyd edilib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
1
icma.az

2Источники