RU

Bakıda tarixi lisey binası qəzalı vəziyyətdədir, tədris də aparılmır Fotolar

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən tarixi bina qəzalı vəziyyətdədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edib. 

O bildirib ki, birmərtəbəli tikili 1884-cü ildə Bakının iri neft sahibkarları tərəfindən “Bakı Neft Sənayeçiləri İttifaqı” üçün inşa edilib. Bu bina paytaxtın sənaye tarixini əks etdirən nadir tikililərdən biri hesab olunur. Hazırda binada 15 nömrəli lisey fəaliyyət göstərir. 

Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, hazırda vəziyyətlə əlaqədar peşə liseyində tədris prosesi aparılmır: “15 nömrəli Bakı Peşə Liseyi hazırda fəaliyyətdədir, lakin həmin binada tədris prosesi aparılmır. Binanın təmiri ilə bağlı məsələlər hazırda müvafiq mərkəz tərəfindən müəyyənləşdirilmək mərhələsindədir. Əlavə məlumat olduqda bildiriləcək”.

Lamiyə Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
qafqazinfo.az

1Источники