RU

“Porsche” bu modellərin istehsalını dayandırır


Almaniyanını “Porsche” avtomobil şirkəti yaxın bir neçə il ərzində “Panamera” və “Taycan” modellərinin istehsalını dayandıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Carscoops” portalı məlumat yayıb.
Portalın məlumatına görə, məqsəd “Panamera” və “Taycan” modellərini tək bir xətt altında birləşdirməkdir. Çünki ortaq xətt satışların azalması fonunda xərcləri azalda, həmçinin, hər iki “platformanı” qoruya bilər.
Bu eyni zamanda şirkətin “Macan” və “Cayenne” krossoverləri üçün artıq istifadə etdiyi yanaşmanı xatırladır: daxili yanma mühərrikləri (ICE) və hibridləri olan versiyalar bir arxitektura, tam elektrik modifikasiyaları isə digər arxitekturaya əsaslanacaq.
Əgər plan həyata keçsə, yeni model alıcılara benzin, hibrid və tam elektrik versiyaları kimi müxtəlif güc aqreqatları təklif edəcək.
Избранный
50
1
yeniavaz.com

2Источники