RU

Rusiyadan Google-a 11,4 milyon rublluq cərimə

Rusiyadan Google-a 11,4 milyon rublluq cərimə

Rusiyada bəzi qadağan olunmuş məzmunlara girişi əngəlləmədiyi üçün "Google" şirkəti 11 milyon 400 min rubl (təxminən 145 min dollar) məbləğində cərimə edilib.

AFN.az xəbər verir ki, şirkətə qarşı qaldırılan məhkəmə iddiasına paytaxt Moskvada baxılıb.

Məhkəmə şirkətin qadağan olunmuş bəzi məzmunlara girişi məhdudlaşdırmayaraq qanunlara əməl etmədiyi barədə qərar çıxarıb.

Qeyd edək ki, "Google" bundan əvvəl də aşağıdakı səbəblərdən dəfələrlə cərimələnib:

Qadağan olunmuş məzmunların silinməməsi;

Şəxsi məlumatların yerliləşdirilməməsi;

Müxtəlif qayda pozuntuları.

Şirkət sonuncu dəfə fevralın 27-də əvvəlki cərimələri ödəmədiyi əsası ilə 16 milyar rubl məbləğində rekord pul cəzasına məhkum edilmişdi.

Избранный
61
afn.az

1Источники