Vaşinqton, 10 mart, AZƏRTAC
Bu gün yenə də İran daxilində ən intensiv hücum günümüz olacaq.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ-nin müdafiə katibi Pit Heqset deyib. O, İranın qonşularına hücum etməsini böyük səhv adlandırıb.
“İran rejiminin qonşularına dərhal hücum etməsi böyük səhvdir və ehtiyatsızlıqla zərbə endirir. Bu, digər ölkələri ABŞ kampaniyasını dəstəkləməyə sövq edir”, - deyə Heqset əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton