RU

Pişiklərə yem verdi, 40 min manat qazandı

Şanxayda yad pişikləri yemləmək bir kişiyə təxminən 160 min yuan (təxminən 40 min manat) qazandırıb.

Publika.az xəbər verir ki, “South China Morning Post” nəşrinin məlumatına görə, Şanxaydan olan bir kişi Çin yeni ili zamanı səhərdən axşama qədər onlarla yad pişiyi yemləyib.

Bildirilib ki,bu iş ona 160 min yuan (təxminən 40 min manat) qazandırıb.

Məlumata görə, 34 yaşlı Huan Tsun artıq doqquz ildir ki, evlərə gedərək pişikləri yemləmə işi ilə məşğuldur. Bayram günlərində, Çinin bir çox sakini tətilə gedəndə Huan və həmkarları evdə tək qalan heyvanlara baxırlar.

Təxminən 20 gün ərzində o, komandası ilə birlikdə iki minə yaxın heyvana baxıb.

Избранный
12
publika.az

1Источники