RU

Rejissor Mikayıl Mikayılov - müasir dram müsabiqələrinin əhəmiyyəti haqqında

Bakı, 10 mart, AZƏRTAC

Martın 10-da - Milli Teatr Günündə müasir dramaturgiyanın “CHARACTERS” hərəkatı Avropanın “EURODRAM” teatr tərcümə şəbəkəsi ilə birgə Azərbaycan dilində tamaşalar müsabiqəsinə yekun vurub.

Müsabiqənin münsiflər heyətinin üzvlərindən biri, “Yuğ” Azərbaycan Dövlət Teatrının direktoru Mikayıl Mikayılov AZƏRTAC -ın müxbiri ilə söhbətində deyib ki, hər bir ölkənin mədəniyyətinin inkişafı üçün müasir dramaturgiya üzrə müsabiqələr lazımdır.

“Belə layihələr dramaturgiyanın inkişafı üçün fundamentə çevrilə biləcək platforma yaradır. Bu inkişafa təkan verilməsi milli dramaturgiyada yeni dalğanın yaranmasına səbəb ola bilər. Dramaturqların öz yaradıcılığını nümayiş etdirməsi və onun üzərində işləməyə davam etməsi üçün platforma yaratmaq çox vacibdir. Bu prosesdə iştirak etdiyimə görə çox şadam. Çox sayda tamaşa ilə tanış oldum. Ümid edirəm ki, bu müsabiqə inkişaf edəcək və onunla birlikdə gənc dramaturqların yeni əsərlər yaratmaq arzusu artacaq”, - deyə rejissor vurğulayıb.

Anara Axundova

Избранный
30
3
azertag.az

4Источники