RU

İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb


9 mart tarixində İsrail ərazisinə həyata keçirilmiş raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.

APA Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinə istinadən xəbər verir ki, hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş vermişdir. A.Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi.

Amid Murtuzov ailəsi ilə birgə uzun illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, İsraildə yaşayırdı.

“Mərhumun ailəsinə və doğmalarına səbr diləyir, başsağlığı veririk.

Allah rəhmət eləsin!”, - qeyd olunub.

Избранный
61
18
apa.az

10Источники