RU

Azərbaycan sənaye klasterləri yaratmaq üçün Amerika şirkətləri ilə əməkdaşlıqda maraqlıdır

Vaşinqton. Trend:

Azərbaycan ölkədə sənaye klasterlərinin yaradılmasında bir və yabir neçə aparıcı Amerika şirkəti ilə əsas investor və ya birgəinvestor kimi əməkdaşlıq etməkdə maraqlıdır.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasıİqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-AzərbaycanTicarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarətvə biznes konfransında çıxışı zamanı bildirib.

"Azərbaycan üçün digər strateji prioritet müasir rəqəmsaliqtisadiyyat və innovasiya ekosisteminin inkişafıdır. Bu konfranszamanı Azərbaycan və Amerika texnologiya şirkəti HAIMAKER.AIarasında Azərbaycanda süni intellekt əsaslı məlumat mərkəzininyaradılması üçün anlaşma memorandumu imzalanacaq. Bu təşəbbüsAzərbaycanı Avropa, Qafqaz və Orta Asiyanı birləşdirən regionalrəqəmsal infrastruktur mərkəzi kimi yerləşdirmək istiqamətindəmühüm addımdır. Azərbaycan həmçinin yüksək dəyərli, ixrac yönümlüməhsullar istehsalına yönəlmiş müasir sənaye klasterlərinininkişafına xüsusi diqqət yetirir. Bu kontekstdə, biz bir və ya birneçə aparıcı Amerika şirkəti ilə Azərbaycanda sənaye klasterlərininyaradılmasında əsas investor və ya birgə investor kimi əməkdaşlıqetməkdə maraqlıyıq. Bu layihə qabaqcıl texnologiyalara əsaslananmüasir fabrikləri əhatə edəcək və həmçinin müasir sənayetexnologiyaları ilə işləyə bilən yüksək ixtisaslı insan kapitalınıninkişafını təşviq edəcək", - Əliyev deyib.

O qeyd edib ki, Azərbaycan təkcə investisiya cəlb etməyə deyil,həm də strateji layihələrdə birgə investor kimi iştirak etməyəhazırdır.

"Azərbaycan Respublikası Dövlət Neft Fondu və digər milliinvestisiya mexanizmləri kimi qurumlar sayəsində Azərbaycanbeynəlxalq tərəfdaşlarla perspektivli layihələrə investisiya qoya,riskləri bölüşə və onların həyata keçirilməsini sürətləndirə bilər.İnvestisiya əməkdaşlığı üçün ən vacib platformalardan biri Bakılimanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonasıdır. Buzona tam vergi və gömrük güzəştləri, məhdudiyyətsiz xaricimülkiyyət, mənfəətin tam repatriasiyası və beynəlxalq investorlarüçün xüsusi olaraq hazırlanmış müasir tənzimləyici mühit təklifedir. Məqsədimiz Ələti Cənub-Şərqi Asiyada Sinqapur və ya YaxınŞərqdə İsrail ilə müqayisə edilə bilən bir regional iqtisadiyyataçevirmək, Amerika şirkətlərinə daha geniş Avrasiya bölgəsindəinvestisiya, logistika, istehsal və rəqəmsal xidmətlər üçünsəmərəli əməliyyat platforması təmin etməkdir. Amerika BirləşmişŞtatları otuz ildir ki, Azərbaycanın ən vacib iqtisaditərəfdaşlarından biridir. Bu gün biz bu tərəfdaşlığı enerjidənkənara çıxaraq rəqəmsal infrastruktura, qabaqcıl istehsala vəMərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən yeni təchizatzəncirlərinə qədər genişləndirmək imkanına malikik. Azərbaycansiyasi sabitlik, strateji coğrafi mövqe və investisiyaya hazırinfrastruktur təklif edir və biz tərəfdaşlarımızla birlikdəinvestisiya qoymağa hazırıq. Biz Amerika şirkətlərini vəinvestorlarını ABŞ-Azərbaycan münasibətlərində bu yeni fəslin birhissəsi olmağa dəvət edirik", - Əlyev əlavə edib.

Избранный
34
1
az.trend.az

2Источники