Yazını böyüt
Yazını kiçilt
“Dünən səhiyyə naziri ilə birlikdə Milli Səhiyyə Komissiyasına baş çəkdim və müharibə dövründə səhiyyə sisteminin fəaliyyəti ilə tanış oldum”.
Hafta.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “X” sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, səfər zamanı təcili yardım xidmətlərinin işi, fövqəladə hallara hazırlıq və ölkə vətəndaşlarına yardım göstərmək üçün gecə-gündüz çalışan tibb işçiləri ilə görüşüb.
B.Netanyahu qeyd edib ki, həkimlər, tibb bacıları və digər səhiyyə əməkdaşları çətin şəraitdə böyük fədakarlıq göstərirlər və onların əməyini yüksək qiymətləndirir.