RU

Gündəlik multivitamin qəbulu bioloji qocalmanı ləngidir - Araşdırma

Bakı. Trend:

Aparılan yeni araşdırmalar göstərir ki, iki il ərzində hər günmultivitamin qəbul etmək bioloji qocalmanın bəzi göstəriciləriniləngidir.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumatlara görə, ABŞ-də aparılan araşdırmada orta yaşı təxminən70 olan 958 sağlam iştirakçı iştirak edib. Onlar dörd qrupa bölünübvə iki il ərzində ya multivitamin, ya kakao ekstraktı, ya daplasebo qəbul ediblər. Tədqiqat zamanı iştirakçıların qannümunələri analiz olunaraq epigenetik saat adlandırılan biolojiqocalma göstəricilərində dəyişikliklər araşdırılıb.

Nəticələr göstərib ki, multivitamin qəbul edən iştirakçılardaepigenetik saatlardan ikisi üzrə bioloji qocalma tempi plaseboqəbul edənlərlə müqayisədə daha yavaş olub. Alimlərinhesablamalarına görə, bu təsir iki il ərzində bioloji qocalmanıntəxminən dörd ay azalmasına bərabərdir.

Araşdırmanın müəlliflərindən olan epidemioloq doktor HovardSesso bildirib ki, bu nəticələr bütün yaşlı insanların mütləqmultivitamin qəbul etməli olduğu anlamına gəlmir. Onun sözlərinəgörə, multivitaminlərin zərəri ilə bağlı ciddi risk məlum olmasada, kimin və hansı hallarda daha çox fayda əldə edəcəyi hələ dədəqiq müəyyən edilməyib.

Eyni zamanda bəzi mütəxəssislər nəticələrin çox məhdud olduğunuqeyd edirlər. Tədqiqat göstərib ki, kakao ekstraktı biolojiqocalmaya təsir göstərmir və multivitaminlə birlikdə əlavə effektyaratmır.

Alimlər vurğulayırlar ki, multivitaminlərin müşahidə olunantəsirinin real klinik faydalarla əlaqəsini müəyyən etmək üçün dahageniş araşdırmalara ehtiyac var. Bir sıra mütəxəssislər isə sağlamqidalanmanın – xüsusilə meyvə və tərəvəzlə zəngin pəhrizin –vitamin əlavələrindən daha faydalı olduğunu bildirirlər.

İspaniyalı alim Pilar Guallar Kastilyon insanlara vitaminəlavələrinə pul xərcləməkdənsə, balanslı və müxtəlif qidalanmağaüstünlük verməyi tövsiyə edib.

Qeyd edək ki, bioloji yaş insanın orqanizminin faktikivəziyyətini göstərir və çox vaxt DNT metilləşməsi adlanan prosesdəbaş verən dəyişikliklər əsasında müəyyən edilir. Bu dəyişiklikləryaş artdıqca toplanır və genlərin fəaliyyətinə təsir göstərir.

Избранный
75
1
az.trend.az

2Источники