RU

Şumer Trampı yalan danışmaqda ittihamETDİ

ABŞ-nin Prezidenti Donald Trampın İranın Minab şəhərində məktəbə endirilən zərbələrlə bağlı səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Senatında demokratların azlıq lideri Çak Şumer danışıb. Onun sözlərini "ISNA" nəşri yayıb.

“İranda ‘Tomahawk’ raketləri yoxdur, Donald Tramp! Bu iddia sadəcə absurddur”, - deyə senator bildirib.

Şumerin sözlərinə görə, Ağ Ev rəhbəri doğru olub-olmamasından asılı olmayaraq “ağılına gələni danışır”. “Hamımız bilirik ki, o yalan danışır, amma bu qədər ciddi məsələdə belə davranış sadəcə dəhşətlidir”, - deyə o əlavə edib.

Martın 7-də Tramp İranı Minab şəhərində qızlar üçün ibtidai məktəbə hücum etməkdə ittiham edib. O bildirib ki, guya İslam Respublikası hərbçiləri sursatlarla ehtiyatsız davranırlar.

Xədicə BAXIŞLI

Избранный
18
1
redaktor.az

2Источники