RU

Zelenski: Üçtərəfli görüş Türkiyədə keçirilə bilər

BAKI, 10 mart. TELEQRAF

Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında üçtərəfli danışıqların növbəti mərhələsi İsveçrədə və ya Türkiyədə keçirilə bilər.

Teleqraf UNIAN-a istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu onlayn brifinq zamanı bildirib.

Dövlət başçısı Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların bu həftə - çərşənbə axşamından çərşənbə gününə qədər Türkiyədə keçirilməsinin planlaşdırıldığını bildirib.

Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdığını bildirib.

"Hamı üçün Yaxın Şərqdəki müharibə bir çağırışdır. Buna baxmayaraq, Ukraynadakı müharibəyə son qoymaq üçün dialoqun vacib və hamımız üçün prioritet olduğuna hər kəs tərəfdardırr", - deyə prezident qeyd edib.

Избранный
113
1
teleqraf.com

2Источники