Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Xəbərin mətni
Azərbaycanda olduğum üçün çox xoşbəxtəm. Yenidən ata-baba torpağıma qayıtmışam. Mən bunu hər yerdə deyirəm: bura gələndə özümü xarici ölkədə deyil, sanki öz vətənimdə hiss edirəm. İnsanların səmimiyyətini, havasını, ləziz mətbəxini – hər şeyi bütün ruhumla duyuram. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyə Dövlət Teatrlarının baş direktoru, azərbaycanəsilli məşhur aktyor Tamer Qaradağlı deyib. O, Bakıda keçirilən görüşlər çərçivəsində teatr sahəsində mühüm irəliləyişlərin əldə olunduğunu bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.