Tehranın məlumatına görə, SEPAH İsrailin hərbi rabitə və kəşfiyyat infrastrukturlarından birini hədəf alıb...
Poliqon xəbər verir ki, İran İsrail ərazisində yerləşən rabitə və kəşfiyyat obyektlərindən birinə zərbə endirdiyini açıqlayıb. İran tərəfi hücumun İsrailin hərbi və kəşfiyyat fəaliyyətində mühüm rol oynayan infrastrukturun sıradan çıxarılmasına yönəldiyini bildirib.
Məlumata görə, zərbə yüksək dəqiqlikli raketlər vasitəsilə həyata keçirilib. İranın hərbi mənbələri hücum nəticəsində obyektə ciddi ziyan dəydiyini və bəzi texniki sistemlərin fəaliyyətinin dayandırıldığını iddia edir. Hədəf alınan obyektin İsrailin rabitə şəbəkəsi və kəşfiyyat məlumatlarının emalı üçün istifadə olunduğu qeyd edilir.
Bildirilib ki, sözügedən obyekt İsrail ordusunun əməliyyatlarının koordinasiyasında, eləcə də regionda aparılan kəşfiyyat fəaliyyətində mühüm rol oynayan mərkəzlərdən biri hesab olunur. İran tərəfi hücumun regionda baş verən son hadisələrə cavab xarakteri daşıdığını vurğulayıb.
İsrail tərəfi isə məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, yerli media bəzi hərbi obyektlərin yaxınlığında partlayış səslərinin eşidildiyini və hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini yazır.
Poliqon.info