RU

Çətin keçdiyi deyilən buraxılış imtahanları ilə bağlı müzakirələr səngimirVİDEO

Ötən gün keçirilən buraxılış imtahanı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xezerxeber.az xəbər verir ki, bir çox abituriyent imtahandan sonra sualların gözlədiklərindən daha çətin və vaxt aparan olduğunu bildiriblər.

Onların sözlərinə görə, xüsusilə riyaziyyat və Azərbaycan dili fənləri üzrə suallar həm uzun, həm də ciddi analiz tələb edən formada tərtib olunub.

Müəllimlər də bu fikirləri təsdiqləyərək qeyd edirlər ki, bəzi tapşırıqların həlli daha çox vaxt tələb edib.

Riyaziyyat müəllimi Elmar Abbasov sualların normal tərtib olunmadığına diqqət çəkib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Избранный
93
xezerxeber.az

1Источники